Yuxarı
    Bağlamaq

    Şirvanda iş adamları ilə görüş keçirilib

    Görüş Dövlət Gömrük Komitəsi yanında İctimai Şurasının təşkilatçılığı ilə Şirvan Gömrük İdarəsində baş tutub

    Bakı. 5 may. REPORT.AZ/ Mayın 4-də Şirvan Gömrük İdarəsində yerli iş adamları ilə görüş keçirilib.

    Bu barədə “Report” Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir.

    Məlumata görə, İctimai Şuranın təşkil etdiyi görüşdə Şirvan, Hacıqabul, Saatlı və Sabirabad rayonlarından olan sahibkarlar iştirak ediblər. Qeyd edək ki, İctimai Şura DGK sədrinin "Gömrük xidməti ilə biznes subyektlərinin nümayəndələrindən ibarət ictimai şuraların yaradılması" haqqında sərəncamına əsasən təsis olunub.

    Tədbirdə çıxış edən Şirvan Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki Rəşid Zalov Prezident İlham Əliyevin tərəfindən ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi məqsədilə həyata keçirilən məqsədyönlü tədbirlərdən, onların nəticəsi kimi ölkə iqtisadiyyatının davamlı və çoxşaxəli inkişafından danışıb. O, bildirib ki, sahibkarlara münbit şəraitin yaradılması və dövlət dəstəyinin artırılıması, daxili bazarın qorunması, yerli istehsalın stimullaşdırılması, istiqamətində atılan addımlar iqtisadi artım tempinə də müsbət təsirini göstərib.

    Gömrük orqanlarının da bu məqsədlə səylərini artırdığını deyən R.Zalov son illər gömrük işinin səmərəli təşkili məqsədilə atılan addımların - "Bir Pəncərə", "Yaşıl Dəhliz", "Elektron bəyannamə" və digər sistemlərin tətbiqinin idxal-ixrac əməliyyatlarının sürətli, asan və şəffaf şəkildə həyata keçirilməsinə şərait yaratdığını diqqətə çatdırıb. İdarə rəisi, gömrük-biznes əməkdaşlığının daha da inkişaf etdirilməsi, qarşılıqlı münasibətlərin möhkəmləndirilməsi məqsədilə belə tədbirlərin mütəmadi keçirilməsinin ümumi işə faydalarından bəhs edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi