"PwC": Şirkət rəhbərləri bu il iqtisadi inkişafın zəifləyəcəyini gözləyir

"PwC": Şirkət rəhbərləri bu il iqtisadi inkişafın zəifləyəcəyini gözləyir Beynəlxalq konsaltinq və audit şirkəti “PwC” ənənəvi olaraq hər il hazırladığı “Qlobal CEO” anketinin nəticələrini İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda açıqlayıb.
Biznes
21 Yanvar , 2020 11:18
PwC: Şirkət rəhbərləri bu il iqtisadi inkişafın zəifləyəcəyini gözləyir

Beynəlxalq konsaltinq və audit şirkəti “PwC” ənənəvi olaraq hər il hazırladığı “Qlobal CEO” anketinin nəticələrini İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda açıqlayıb.

“Report” xəbər verir ki, anketi dünyanın 83 ölkəsindən 600 şirkətin rəhbəri doldurub. 

Onların 53%-i bu il iqtisadi inkişafın zəifləyəcəyini proqnozlaşdırır. Bu, hesabatın hazırlanmasına başlanıldığı 2012-ci ildən bəri ən yüksək göstəricidir. 

Xatırladaq ki, 2019-cu ildə sorğuda iştirak etmiş CEO-ların 29%-i iqtisadi artım tempinin azalacağını gözləyirdi.

Son xəbərlər

Orphus sistemi