"Sınıq Körpü" gömrük keçid məntəqəsindəki sıxlıq aradan qaldırılıb

"Sınıq Körpü" gömrük keçid məntəqəsindəki sıxlıq aradan qaldırılıb Müvafiq tədbirlər görülərək problem tez bir zamanda aradan qaldırılıb
Biznes
9 Noyabr , 2015 12:27
Sınıq Körpü gömrük keçid məntəqəsindəki sıxlıq aradan qaldırılıb

Bakı. 9 noyabr. REPORT.AZ/ Qeyri-iş günləri ilə əlaqədar Gürcüstana səyahət edənlərin sayında müəyyən artım müşahidə olunub. Nəticədə ötən gün qonşu ölkəyə gedənlərin kütləvi şəkildə geri qayıtması Tovuz Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən “Sınıq Körpü” gömrük keçid məntəqəsində qısamüddətli, cüzi sıxlığın yaranmasına səbəb olub. Bu barədə "Report"a Dövlət Gömrük Komitəsinin (DGK)mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, müvafiq tədbirlər görülərək problem tez bir zamanda aradan qaldırılıb. Hazırda “Sınıq Körpü” gömrük keçid məntəqəsində nəqliyyat vasitələrinin və sərnişinlərin keçidində hər hansı bir sıxlıq müşahidə olunmur.

Qeyd edək ki, ötən gün bəzi KİV-lərdə “Sınıq Körpü” keçid buraxılış məntəqəsində sıxlıq yaranması ilə bağlı məlumat yayılıb.

Son xəbərlər

Orphus sistemi