"Silk Way Group" daha 2 "Boeing" təyyarəsi alacaq

"Silk Way Group" daha 2 "Boeing" təyyarəsi alacaq Təyyarələrin 2016-ci ildə Azərbaycana gətirilməsi gözlənilir
Biznes
6 Oktyabr , 2015 11:22
Silk Way Group daha 2 Boeing təyyarəsi alacaq

Bakı. 6 oktyabr. REPORT.AZ/ "Silk Way Group" aviasiya şirkəti hava gəmiləri parkını genişləndirməkdə davam edəcək. Şirkət daha 2 "Boeing 747-8 Freighter" təyyarəsi alacaq. "Report"un xəbərinə görə, bunu bu gün Bakıda keçirilən "VI Xəzər Hava daşıması Konfransı 2015"-də (6th Caspian Air Cargo Summit 2015) çıxışı zamanı "Silk Way Group" şirkətinin prezidenti Zaur Axundov bildirib.

Onun sözlərinə görə, həmin təyyarələrin 2016-ci ildə Azərbaycana gətirilməsi gözlənilir.

Tədbir zamanı Z. Axundov qeyd edib ki, sammit çərçivəsində aviaşirkətlərin gələcək artımı, onlar iqtisadiyyata verəcəkləri töhfələr, iqtisadi böhranın reallıqları, qiymət artımı və bu kimi bir çox məsələlər və onların həlli müzakirə olunacaq.

Azərbaycan aviaşirkətinin təyyarə parkının daim yeniləndiyini qeyd edən Z. Axundov bildirdib ki, ölkə hətta MDB-də də aparıcı şirkət hesab edilir.

"Bakını artıq müasir logistika mərkəzinə çevirə bilmişik. Baku Cargo həm xarici, həm də daxili müştərilərə xidmət edir. Ümumilikdə son illər logistik yüklərin sayı artıb", - deyə o, qeyd edib.

Son xəbərlər

Orphus sistemi