Bakı. 31 iyul. REPORT.AZ/ Bakıda keçirilən "Sənaye parklarında idxal-ixrac əməliyyatları zamanı gömrük rəsmiləşdirilməsi prosedurlarının sadələşdirilməsi - yaşıl dəhliz" mövzusunda keçirilən dəyirmi masa çərçivəsində Anlaşma Memorandumu imzalanıb.
"Report" xəbər verir ki, memorandum 4 qurum arasında imzalanıb.
Memorandumu "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin direktoru Nazim Talıbov, "Təmiz Şəhər" ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədr müavini Nadir Adilov və "Yaşıl Dəhliz" şirkətinin direktoru Mehman Ədilov imzalayıb.