Yuxarı
    Bağlamaq

    ​İqtisadiyyat Nazirliyi müxtəlif mövzular üzrə təlim keçirməyi planlaşdırır

    Növbəti tədbir “Audit fəaliyyəti. Daxili audit” mövzusuna həsr olunub

    Bakı. 2 iyun. REPORT.AZ/ Bu gün İqtisadiyyat Nazirliyinin təşkilatçılığı iləkorporativ idarəetmə prinsiplərinin sənaye müəssisələrində tətbiqinə dair növbəti təlim keçirilib.

    “Report” Nazirliyin mətbuat xidmətinə istinadən bildirir ki, “Audit fəaliyyəti. Daxili audit” mövzusuna həsr olunan tədbirdə aidiyyəti dövlət qurumlarının və sənaye müəssisələrinin nümayəndələri iştirak ediblər.

    Təlimdə Nazirliyin Korporativ idarəetmə sektorunun müdiri Anar Hacızadə və həmin sektorun əməkdaşı Tural Məmmədov audit fəaliyyətinin əhəmiyyəti, nəzarət sistemində daxili audit xidmətinin rolu, bu sahədə beynəlxalq təcrübə və s. barədə iştirakçılara məlumat verib, onları maraqlandıran sualları cavablandırıblar.

    Qeyd edək ki, korporativ idarəetmə prinsiplərinin sənaye müəssisələrində tətbiqi ilə bağlı Nazirlik bu il 8 mövzu üzrə təlimlərin keçirilməsini nəzərdə tutub. Sözügedən təlimlərdən indiyədək 4-ü təşkil olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi