Yuxarı

Şəkidə öz biznesini qurmaq istəyən gənclər üçün treninq keçirilib

İştirakçılara Bakı Biznes Tədris Mərkəzinin hazırladığı metodiki vəsaitlər paylanıb

Bakı. 8 oktyabr. REPORT.AZ/ Şəki Pedaqoji Kollecində gənclər üçün “Biznes ideyanı yarat”, “Öz biznesinə başla”, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” mövzularında treninq keçirilib.

"Report" nazirliyə istinadən xəbər verir ki, treninq Bakı Biznes Tədris Mərkəzinin Şəki nümayəndəliyinin təşkilatçılığı ilə baş tutub.

Treninqdə gənclərə biznes ideyanın yaradılması, biznes planın hazırlanması, marketinq araşdırmalarının aparılması və bu sahədə beynəlxalq təcrübə və s. barədə ətraflı məlumat verilib.

Bununla yanaşı, tədbirdə iştirakçılar İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, o cümlədən investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi və s. barədə məlumatlandırılıblar.

Treninq çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi