Bakı. 20 aprel. REPORT.AZ/ Bu gün İqtisadiyyat Nazirliyi Bakı Biznes Tədris Mərkəzinin Şəki nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında gənclər üçün treninq keçirilib.
“Report” İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, “Biznesin əsasları, təşkili və idarə edilməsi” mövzusunu əhatə edən treninqdə biznes mühiti, planlaşdırılması və idarə edilməsi, biznesdə insan resurslarından səmərəli istifadə və s. barədə ətraflı məlumat verilib.
Eyni zamanda tədbirdə Nazirliyin göstərdiyi elektron xidmətlər barədə məlumat tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Treninq çərçivəsində mövzu üzrə təqdimat keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanan metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.