Şəki-Zaqatala regionunun 19 sahibkarına güzəştli kredit verilib

Şəki-Zaqatala regionunun 19 sahibkarına güzəştli kredit verilib Bu gün İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu Balakən rayonunda sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forum keçirib.
Biznes
14 Mart , 2019 18:07
Şəki-Zaqatala regionunun 19 sahibkarına güzəştli kredit verilib

Bu gün İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu Balakən rayonunda sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forum keçirib.

Bu barədə “Report”a İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, forum çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan tütünçülük, baramaçılıq, arıçılıq, qərzəkli bağçılıq təsərrüfatlarının, tütünqurutma kameralarının və quru meyvə istehsalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb. 

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Sahibkarlığın İnkişafı Fondunun fəaliyyət göstərdiyi dövrdə investisiya layihələrinin ümumi dəyəri 5,1 milyard manat olan 35 mindən çox sahibkara 2,3 milyard manata qədər güzəştli kredit verildiyini, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılmasının 165 mindən çox yeni iş yerinin açılmasına imkan yatardığını qeyd edib. 

S.Məmmədov həmçinin bu ilin ötən dövründə 130 sahibkara 15,7 milyon manat güzəştli kredit verildiyini, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılmasının 600-dək iş yerinin açılmasına imkan verdiyini qeyd edib, müvəkkil kredit təşkilatları və sahibkarlar arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

İşgüzar forum çərçivəsində Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən 19 sahibkara 2,8 milyon manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, sərinləşdirici içkilər və quru meyvə istehsalı, logistik mərkəzin yaradılması, heyvandarlıq, əkinçilik və s. sahələrin inkişafına yönəldiləcəkdir. Bu kreditlərin reallaşdırılması hesabına 80 iş yerinin açılması mümkün olacaq.

Ümumilikdə, isə indiyədək Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2400-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 113,7 milyon manat güzəştli kredit verilib.

Tədbir çərçivəsində Balakəndə dövlətin güzəştli krediti ayrılan meyvə emalı və quru meyvə istehsalı müəssisəsinə baxış keçirilib. Bu müəssisədə istehsal olunan məhsullar bir çox xarici ölkələrə, o cümlədən Rusiya, Ukrayna, Gürcüstan, Küveyt, İsrailə ixrac olunur. Yaxın vaxtlarda məhsulların ABŞ, BƏƏ, Belarus və Qazaxıstana ixracı nəzərdə tutulur.  

Son xəbərlər

Orphus sistemi