Şəki-Zaqatala iqtisadi rayonunda sahibkarlara 97,7 mln. manat güzəştli kredit verilib

Şəki-Zaqatala iqtisadi rayonunda sahibkarlara 97,7 mln. manat güzəştli kredit verilib Zaqatala rayonunda tütünçülüyün və bağçılığın inkişafı təşviq olunur
Biznes
15 Sentyabr , 2016 19:02
Şəki-Zaqatala iqtisadi rayonunda sahibkarlara 97,7 mln. manat güzəştli kredit verilib

Bakı. 15 sentyabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) bu gün Zaqatala rayonunda işgüzar forum keçirib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, işgüzar forumda Zaqatalada həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarların investisiya layihələri maliyyələşdirilib.

Forumda 150-dən çox sahibkar iştirak edib. Rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan iri taxılçılıq, intensiv bağçılıq, tütünçülük və cins heyvandarlıq təsərrüfatlarının, çörək istehsalı və meyvə emalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib.

İşgüzar forumda çıxış edən SKMF-nın icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bu ilin ötən dövrü ərzində sahibkarlara 101 mln. manat güzəştli kredit verilib: “Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 5300-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Bugünədək Şəki-Zaqatala iqtisadi rayonunda sahibkarlıq subyektlərinin 2100-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 97,7 mln. manat güzəştli kredit verilib. Dövlət başçısının tütünçülüyün inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırığa uyğun olaraq, bu sahənin inkişafına xüsusi diqqət yetirilir. Bu sahəyə dövlət maliyə dəstəyi daha da gücləndirilir. İndiyədək tütünçülüyün inkişafı ilə bağlı 50-yə yaxın sahibkara 1,7 milyon manat, o cümlədən bu ilin ötən dövrü ərzində 30 fermerə 220 min manat güzəştli kredit verilib”.

Tədbir çərçivəsində Zaqatala və ətraf rayonlardan olan 53 sahibkara 472 min manat güzəştli kredit verilib. Kreditlər əsasən, heyvandarlıq, arıçılıq, tütünçülük, tikinti materiallarının istehsalı sahələrinin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 60-a yaxın yeni iş yerinin açılması mümkün olacaq.

Forum çərçivəsində Zaqatala rayonunda güzəştli kreditlər hesabına yaradılan tütünçülük və bağçılıq təsərrüfatlarına baxış keçirilib.

Son xəbərlər

Orphus sistemi