Səfir: Qazaxıstan Azərbaycanın kənd təsərrüfatı məhsullarının satışı üçün yaxşı bazardır

Səfir: Qazaxıstan Azərbaycanın kənd təsərrüfatı məhsullarının satışı üçün yaxşı bazardır 20-dən artıq yerli şirkət ticarət missiyası çərçivəsində Almatı və Astanaya səfər edəcəklər
Biznes
20 Aprel , 2017 16:13
Səfir: Qazaxıstan Azərbaycanın kənd təsərrüfatı məhsullarının satışı üçün yaxşı bazardır

Bakı. 20 aprel. REPORT.AZ/ Azərbaycanın meyvə şirələri, mineral sular, şərab-konyak məhsulları, təzə meyvə-tərəvəz məhsulları, müalicəvi ot çaylarının istehsalı sahəsində ixtisaslaşmış 20-dən çox ixracatçı şirkəti Qazaxıstda ticarət missiyası çərçivəsində öz məhsullarını təqdim edəcək.

"Report"un Qazaxıstan mətbuatına istinadən verdiyi məlumata görə, azərbaycanlı iş adamlarının məhsulları aprelin 23-dən 26-dək Almatı və Astanada keçiriləcək ticarət missiyası çərçivəsində nümayiş olunacaq. 

Ticarət missiyasının tərkibinə həmçinin tikinti materialları və şəhər parkları üçün mebel məhsulları istehsal edən şirkətlərin nümayəndələri də daxildir. Bu missiyanın əsas məqsədi işgüzar dairələrin ikitərəfli ticarət-iqtisadi əməkdaşlığının möhkəmləndirilməsi və fəallaşdırılması, habelə Qazaxıstanı Azərbaycanın ticarət potensialı ilə tanış etməkdir.

İki ölkənin bir-birinə coğrafi baxımdan yaxın olduğunu deyən Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov yüklərin daşınması üçün lazımi şərait olduğunu bildirib: "Gündəlik bərə əlaqəsi, Qazaxıstan istiqamətinə həyata keçirilən aqroreyslər yüklərin daşınması üçün sabit logistika yaradır. İlk növbədə, Azərbaycanda ənənəvi inkişaf etmiş məhsulları ixrac edirik. Bunlar əsasən neft maşınqayırması sahəsinə dair avadanlıqdır. Qazaxıstan bu cür məhsulların reallaşdırılması (satışı) üçün yaxşı bazar hesab edilir. Qazaxıstanın qərb regionları iqlim şərtlərinə görə kənd təsərrüfatının inkişafı üçün münasib deyil. Ciddi su çatışmazlığı mövcuddur, bəzi şəhərlər sutəmizləyici qurğuların yardımı ilə yaşayırlar. Ona görə də bu regionlar kənd təsərrüfatı məshullarının satışı üçün cəlbedicidir".

Qeyd edək ki, 2016-cı ildə Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi 124,4 mln. dollar təşkil edib. Azərbaycandan bu ölkəyə ixracın həcmi 26 mln. dollardan çox olub. 

Son xəbərlər

Orphus sistemi