Səfir: "Ötən il Azərbaycanla Pakistan arasındakı ticarət dövriyyəsi üç dəfə artıb"

Səfir: "Ötən il Azərbaycanla Pakistan arasındakı ticarət dövriyyəsi üç dəfə artıb" "Azpromo"un nümayəndəsi: "Azərbaycan şirkətləri Pakistanda biznes qurmaqda maraqlıdır"
Biznes
10 Fevral , 2017 10:35
Səfir: Ötən il Azərbaycanla Pakistan arasındakı ticarət dövriyyəsi üç dəfə artıb

Bakı. 10 fevral. REPORT.AZ/ "Ötən il Azərbaycanla Pakistan arasındakı ticarət dövriyyəsi üç dəfə artıb".

"Report" Pakistan KİV-inə istinadən xəbər verir ki, bunu Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə İslamabadın Ticarət-Sənaye Palatasında Azərbaycandan getmiş biznesmenlərdən ibarət nümayəndə heyəti ilə görüşdə deyib.

Onun sözlərinə görə, iki ölkə arasında ticarət əlaqələrinin artmasına baxmayaraq, bu münasibətləri daha da genişləndirmək üçün böyük potensial var. O, Azərbaycan nümayəndə heyətinin səfərinin bu məqsədlərə nail olmağa imkan yaradacağına ümid etdiyini bildirib.

Nümayəndə heyətinin üzvü olan "Azpromo"un təmsilçisi isə deyib ki, Azərbaycan şirkətləri Pakistanda biznes qurmaqda maraqlıdırlar. 

İslamabadın Ticarət-Sənaye Palatasının rəhbəri Xalid Malik bildirib ki, iki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsi lazımi səviyyədə deyil. O, Pakistanın Azərbaycana əczaçılıq, toxuculuq, kənd təsərrüfatı və digər sahələrdə hazır məhsullar ixrac edə biləcəyini söyləyib. 

Son xəbərlər

Orphus sistemi