Səfir: "İran Ənzəli və Bakı arasında dəniz nəqliyyatını bərpa etməyə hazırdır"

Səfir: "İran Ənzəli və Bakı arasında dəniz nəqliyyatını bərpa etməyə hazırdır" "Azərbaycan investorları Ənzəli azad ticarət zonası çərçivəsində fəaliyyətlərini həyata keçirə bilərdilər"
Biznes
4 Mart , 2015 14:31
Səfir: İran Ənzəli və Bakı arasında dəniz nəqliyyatını bərpa etməyə hazırdır

Bakı. 4 mart. REPORT.AZ/ "İran Ənzəli və Bakı arasında dəniz nəqliyyatını bərpa etməyə hazırdır". Bu barədə "Report"a İranın Azərbaycandakı səfiri Möhsun Pak Ayin Ənzəli Azad Ticarət Zonasının rəhbəri Reza Məsrurun ötən həftə Azərbaycana səfərinin yekunlarını şərh edərkən bildirib. 

Onun sözlərinə görə, səfər səmərəli olub. Səfər zamanı ikitərəfli əməkdaşlığın inkişafı məsələləri, o cümlədən dəniz nəqliyyatı vasitəsilə əlaqələrin bərpası məsələləri müzakirə olunub. "İran Ənzəli və Bakı arasında dəniz nəqliyyatını bərpa etməyə hazırdır", - səfir əlavə edib.

Möhsun Pak Ayin, həmçinin qeyd edib ki, Azərbaycan investorları xammal üçün vergi və rüsumlar nəzərdə tutmayan Ənzəli azad ticarət zonası çərçivəsində fəaliyyətlərini həyata keçirə bilərdilər.

"2013-cü ildə bu ticarət zonasından İran ümumi dəyəri 142 mln. dollar olan 258 000 ton yük ixrac edib, bu da ötən ildən 95% çoxdur. Malların əksəriyyəti Qafqaz, Şərqi Avropa, Latın  Amerikası və Şimali Amerikaya göndərilib. Bütün azərbaycanlı investorları bu ticarət zonasında işləməyə dəvət edirəm", - səfir bəyan edib. 

Son xəbərlər

Orphus sistemi