Yuxarı

Səfir: “Hindistan şirkətləri Azərbaycanla əməkdaşlıqda maraqlıdır”

​Səfir: “Hindistan şirkətləri Azərbaycanla əməkdaşlıqda maraqlıdır”

Hindistan Sənaye Konfederasiyasının Azərbaycana səfəri ilə bağlı bu gün Bakıda Azərbaycan-Hindistan biznes simpoziumu keçirilib.

"Report" xəbər verir ki, tədbiri giriş sözü ilə Hindistanın Azərbaycandakı səfiri Bavitlung Vanlalvavna açıb.

“Hindistan şirkətləri Azərbaycanda əməkdaşlıqda maraqlıdır. Nümayəndə heyətinə turizm, ticarət, təhsil, enerji sahəsində fəaliyyət göstərən şirkətlər daxildir. Azərbaycan Hindistanın ixracında 4-cü ölkədir, ixracımızın 5,5%-i Azərbaycanın payına düşür. Əczaçılıq, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Ötən il Hindistandan Azərbaycana 40 min turist gəlib. Bu rəqəm ilbəil artır”, - səfir qeyd edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi