Səfir: "Azərbaycanla Meksika arasında ticarət dövriyyəsi 35,7% artıb"

Səfir: "Azərbaycanla Meksika arasında ticarət dövriyyəsi 35,7% artıb" 2018-ci ilin yekunları üzrə Azərbaycan və Meksika arasında ticarət dövriyyəsinin həcmi 26,2 milyon dollar olub.
Biznes
26 Aprel , 2019 16:44
Səfir: Azərbaycanla Meksika arasında ticarət dövriyyəsi 35,7% artıb

2018-ci ilin yekunları üzrə Azərbaycan və Meksika arasında ticarət dövriyyəsinin həcmi 26,2 milyon dollar olub.

"Report" xəbər verir ki, bu barədə Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini bildirib.

"Bu il rekord göstəriciyə nail olduq. 2018-ci ildə ticarət dövriyyəsi 26,2 milyon dollar təşkil edib. 2017-ci ilə nisbətən bu göstərici 35,74% artıb", - o qeyd edib.

Səfirin sözlərinə görə, əmtəə dövriyyəsinin strukturunda əsas hissəni, təxminən, 40%-lik göstərici ilə neft məhsulları təşkil edir.

Son xəbərlər

Orphus sistemi