Səfir: "Bu gün Azərbaycanda 720-dən çox Rusiya müəssisəsi fəaliyyət göstərir"

Səfir: "Bu gün Azərbaycanda 720-dən çox Rusiya müəssisəsi fəaliyyət göstərir" Mixail Boçarnikov: "Rusiya neft maşınqayırması sahəsində Azərbaycanda birgə müəssisələr açmağı planlaşdırır"
Biznes
24 Dekabr , 2018 13:01
Səfir: Bu gün Azərbaycanda 720-dən çox Rusiya müəssisəsi fəaliyyət göstərir
Report/ Elchin Murad

Bakı. 24 dekabr. REPORT.AZ/ "Bu gün Azərbaycanda 720-dən çox Rusiya şirkəti fəaliyyət göstərir və onlar müxtəlif sahələri - kənd təsərrüfatı məhsulları, sənaye istehsalı, ticarət, xidmətlər və s. əhatə edir. Ümumilikdə, bunlar müəyyən dərəcədə ölkələrimizin investisiya əməkdaşlığını əks etdirir".

"Report" xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Bakıda keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, bu yaxınlarda Rusiyanın Azərbaycana 4,2 milyard ABŞ dolları həcmində sərmayə yatırdığı bildirilib.

"Azərbaycanın iqtisadiyyatını və iqtisadi əlaqələrimizi şaxələndirmək üçün müəssisələrimizin sənaye sahəsinə daha çox diqqət ayırmasını istərdim", - diplomat vurğulayıb. O qeyd edib ki, bu il bu il SOCAR tərəfindən Rusiya investisiyaları hesabına Sumqayıtda böyük polipropilen zavodu açılıb.

"Planlarımıza neft maşınqayırması sahəsində birgə müəssisələrin yaradılması da daxildir. Planlar həmçinin kənd təsərrüfatı maşınqayırması sahəsində birgə müəssisələrin yaradılmasını nəzərdə tutur. Azərbaycana yalnız mal tədarükündə yox, həm də burada birgə istehsal üzrə müəssisələr yaratmaqda maraqlıyıq", - M.Boçarnikov vurğulayıb.

Son xəbərlər

Orphus sistemi