Səfir: "Azərbaycan və Qazaxıstan ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsi üzərində çalışır"

Səfir: "Azərbaycan və Qazaxıstan ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsi üzərində çalışır" Bakı. 16 noyabr. REPORT.AZ/ Azərbaycan və Qazaxıstan ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsi üzərində çalışır.
Biznes
16 Noyabr , 2017 16:02
Səfir: Azərbaycan və Qazaxıstan ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsi üzərində çalışır

Bakı. 16 noyabr. REPORT.AZ/ "Azərbaycan və Qazaxıstan ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsi üzərində çalışır".

Bunu "Report"a müsahibəsində Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev deyib.

Bu sahədə konkret razılıqlar Qazaxıstan prezidenti Nursultan Nazarbayevin bu ilin aprel ayında Azərbaycana rəsmi səfəri zamanı əldə olunub.

"Artıq Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev ilə görüşmüşəm. Qazaxıstan və Azərbaycan dövlət başçılarının əldə etdikləri razılıqların necə icra edildiyini nəzərdən keçirdik, eləcə də Qazaxıstan və Azərbaycan arasında ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsi üzrə Yol Xəritəsi layihəsini müzakirə etdik", - diplomat deyib.

Onun sözlərinə görə, bu sənədin məqsədi ticari-iqtisadi əlaqələrin ardıcıl genişləndirilməsi, qarşılıqlı ticarət dövriyyəsinin artırılması, iki ölkənin aparıcı səhələrində elmi-texnoloji tərəqqinin nailiyyətlərindən istifadədir: "Prezidentlər hökumətlərinə ölkələr arasındakı ticarət dövriyyəsinin həcminin 2020-ci ilə qədər 2 dəfə artırılması, eləcə də ixrac-idxal məhsullarının nomenklaturasını genişləndirmək ilə bağlı göstəriş verib".

Bundan əlavə, B.İsabayev Azərbaycanın energetika naziri Pərviz Şahbazov ilə görüşdüyünü, onunla gündəmdə olan məsələləri və hökumətlərarası komissiyanın növbəti iclasının mümkün tarixlərini müzakirə etdiyini, eləcə də Qazaxıstan və Azərbaycan arasında energetika sahəsində əməkdaşlığa dair fikir mübadiləsi apardıqlarını bildirib: "Yaxın zamanlarda Azərbaycan tərəfdən hökumətlərarası komissiyanın həmsədrinin təyin ediləcəyini gözləyirik. İlin sonuna qədər 14-cü iclası keçirəcəyimizə ümid edirəm".

Son xəbərlər

Orphus sistemi