Yuxarı
    Bağlamaq

    Səfir: "Azərbaycan Pakistanla ticari-iqtisadi əməkdaşlığın inkişafında maraqlıdır"

    Azərbaycanın biznes nümayəndə heyəti Lahor şəhərinin Ticarət-Sənaye Palatasının rəhbəri ilə görüşüb

    Bakı. 13 fevral. REPORT.AZ/ Azərbaycan və Pakistanın biznes cəmiyyətləri müntəzəm olaraq bir-biri ilə əlaqədə olmalıdır.

    "Report" Pakistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın biznes nümayəndə heyəti ilə görüşdə Lahor şəhərinin Ticarət-Sənaye Palatasının sədri Nəsir Həmid bildirib.

    Onun sözlərinə görə, iki ölkə arasında əmtəə dövriyyəsi 2013-cü ildə 50 milyon dollar, 2014-cü ildə 28 milyon dollar, 2015-ci ildə isə 42 milyon dollar təşkil edib. "Amma bu rəqəmlər real imkanları əks etdirmir", - deyə sədr vurğulayıb.

    N.Həmid ölkələrin əczaçılıq, meyvə və tərəvəzlərin emalı, meyvə şirələri və şəkər istehsalı, yüngül sənaye sahələrində birgə müəssisələr yarada biləcəyini qeyd edib.

    Öz növbəsində, Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə iki ölkə arasında artan ticarət əməkdaşlığının yaxşı əlamət olduğunu bildirib: "Azərbaycan Pakistanla ticari-iqtisadi əməkdaşlığın inkişafında maraqlıdır".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi