SECO: Azərbaycanda kiçik və orta biznesin ÜDM-də payı azdır

SECO: Azərbaycanda kiçik və orta biznesin ÜDM-də payı azdır Bunu təşkilatın Cənubi Qafqaz üzrə regional direktorunun müavini deyib
Biznes
14 Sentyabr , 2016 15:28
SECO: Azərbaycanda kiçik və orta biznesin ÜDM-də payı azdır

Bakı. 14 sentyabr. REPORT.AZ/ Əksər ölkələrdə kiçik və orta sahibkarlıq (KOS) müəssisələrinin ümumi daxili məhsulda (ÜDM) payı 50-60% təşkil edir. Azərbaycanda isə bu nisbət azdır. 

"Report" xəbər verir ki, bunu İsveçrə İqtisadi Əməkdaşlıq Təşkilatının (SECO) Cənubi Qafqaz üzrə regional direktorunun müavini Simona Haberli deyib.

O, bu barədə Bakıda keçirilən “Daşınar əmlakın yüklülüyü islahatı” mövzusunda tədbirdə çıxışı zamanı danışıb: "Mənim ölkəmdə KOS-un ÜDM-də payı 60%-dir. Həmçinin, işçilərin də 70%-i burada cəmlənib". 

Son xəbərlər

Orphus sistemi