“Səba”nın təsisçi olduğu “Dəvəçi Broyler Dərin Emal” ləğv edilir

“Səba”nın təsisçi olduğu “Dəvəçi Broyler Dərin Emal” ləğv edilir Bakı. 27 noyabr. REPORT.AZ/ Bu ilin dekabrın 28-də saat 15:00-da “Səba” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Biznes
27 Noyabr , 2018 09:10
“Səba”nın təsisçi olduğu “Dəvəçi Broyler Dərin Emal” ləğv edilir

Bakı. 27 noyabr. REPORT.AZ/ Bu ilin dekabrın 28-də saat 15:00-da “Səba” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

“Report” şirkətə istinadən xəbər verir ki, yığıncaqda “Səba” ASC-nin təsisçi olduğu “Dəvəçi Broyler Dərin Emal” MMC-nin ləğv edilməsi və aktivlərinin “Səba” ASC-nin balansına qəbul olunması barədə və digər məsələlər müzakirə ediləcək. 

Yığıncağın gündəliyinə dair sənədlərlə cəmiyyətin yerləşdiyi ünvanda. Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1, “Səba” ASC-nin inzibati binasında tanış olmaq mümkündür.  

Son xəbərlər

Orphus sistemi