Yuxarı

​Saratov vilayəti Azərbaycandan sitrus meyvələri idxalını artıracaq

Vilayət hökumətində kənd təsərrüfatı məsələləri üzrə müşavirə keçirilib

Bakı. 08 dekabr. REPORT.AZ/ Rusiyanın Saratov vilayəti Azərbaycandan sitrus meyvələri idxalını artıracaq.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə kənd təsərrüfatı məsələləri üzrə müşavirə zamanı vilayət hökumətinin sədr müavini Aleksandr Solovyov məlumat verib.

Müşavirədə 2015-ci ilin istehsal göstəricilərindən danışan sədr müavini, idxal məsələlərinin də nəzərdən keçirildiyini bildirib. Onun sözlərinə görə, Çin, Mərakeş, Azərbaycan, İsrail və Serbiyadan meyvə məhsulları, əsasən də sitrus meyvələri idxalı həcmlərinin artırılması gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi