Salyanda güzəştli kreditlə aqropark və istixana kompleksi yaradılır

Salyanda güzəştli kreditlə aqropark və istixana kompleksi yaradılır Bakı. 16 fevral. REPORT.AZ/ Bu gün İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Salyanda sahibkarlığın güzəştli kreditləşdirilməsinə dair növbəti işgüzar forum keçirib.
Biznes
16 Fevral , 2018 14:46
Salyanda güzəştli kreditlə aqropark və istixana kompleksi yaradılır

Bakı. 16 fevral. REPORT.AZ/ Bu gün İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Salyanda sahibkarlığın güzəştli kreditləşdirilməsinə dair növbəti işgüzar forum keçirib.

Nazirliyin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, forumda sahibkarlara SKMF tərəfindən rayonun iqtisadi potensialına uyğun olaraq, istixana kompleksinin, intensiv bağçılıq, taxılçılıq, cins heyvandarlıq təsərrüfatlarının və quru meyvə istehsalı müəssisəsinin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar təqdim olunub.

SKMF-in icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti və bu ilin ötən dövründə verilmiş güzəştli kreditlər hesabına həyata keçirilən layihələr barədə iştirakçılara məlumat verib. Onun sözlərinə görə, 2018-ci ilin ötən dövrü ərzində sahibkarlıq subyektlərinin ümumi dəyəri 152 mln. manat olan investisiya layihəsinin maliyyələşdirilməsinə 18 mln. manat güzəştli kredit verilib. Qeyd edilib ki, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla Salyan rayonunda indiyədək 417 investisiya layihəsinin maliyyələşdirilməsinə 44 mln. manat güzəştli kredit ayrılıb.

Forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Salyan və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 343 min manat güzəştli kredit verilib. Verilən kreditlər heyvandarlıq, əkinçilik və s. sahələrin inkişafına yönəldiləcək.

Tədbir çərçivəsində dövlətin güzəştli krediti ayrılan aqroparkda və istixana kompleksində aparılan işlərə baxış keçirilib.

Xatırladaq ki, hazırda ölkənin 28 rayonu üzrə 183 min hektar ərazidə 43 aqroparkın yaradılması prosesi sürətlə aparılır. Ümumi dəyəri 386 mln. manat olan 15 aqroparkın yaradılmasına 103,6 mln. manat güzəştli kredit verilib. Belə aqroparklardan biri də Salyan rayonunda yaradılır. 3000 hektar ərazidə iri fermer təsərrüfatının və 2 000 başlıq ətlik istiqamətli cins heyvandarlıq kompleksinın daxil olduğu aqroparkda hazırda tikinti-quraşdırma işləri aparılır və bu ilin birinci yarısında istifadəyə verilməsi nəzərdə tutulur. 

Son xəbərlər

Orphus sistemi