"Salyan-Sərnişin" ASC fəaliyyətini dayandırır

"Salyan-Sərnişin" ASC fəaliyyətini dayandırır Bununla bağlı səhmdarların ümumi yığıncağı çağırılıb
Biznes
31 Avqust , 2016 09:43
Salyan-Sərnişin ASC fəaliyyətini dayandırır

Bakı. 31 avqust. REPORT.AZ/ Oktyabrın 12-də "Salyan-Sərnişin" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. "Report" xəbər verir ki, yığıncaq Salyan şəhəri, Məşhədi Əzizbəyov küçəsi,3 ünvanında baş tutacaq.

Yığıncaqda ASC-nin fəaliyyətinə xitam verilməsi, bununla əlaqədar Ləğvetmə Komissiyasının yaradılması, ona səlahiyyətlər verilməsi və digər məsələlər müzakirə ediləcək. Ümumi yığıncaqda bütün səhmdarların iştirakı vacibdir.

Son xəbərlər

Orphus sistemi