Salyan avtovağzalının rəhbərliyi yenidən formalaşdırılacaq

Salyan avtovağzalının rəhbərliyi yenidən formalaşdırılacaq Bakı. 7 dekabr. REPORT.AZ/ Gələn il yanvarın 10-da, saat 11:00-da “Salyan-Avtovağzal” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Biznes
7 Dekabr , 2017 09:42
Salyan avtovağzalının rəhbərliyi yenidən formalaşdırılacaq

Bakı. 7 dekabr. REPORT.AZ/ Gələn il yanvarın 10-da, saat 11:00-da “Salyan-Avtovağzal” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin “Vergilər” qəzetinin xüsusi buraxılışında məlumat verilib.

Məlumata görə, yığıncaq Cəmiyyətin inzibati binasının yerləşdiyi Salyan şəhəri, Y.Qasımov küçəsi, 3 ünvanında olacaq.

Yığıncağın gündəliyinə müəssisənin İdarə Heyətinə yeni sədr keçilməsi və digər məsələlər daxildir. 

Son xəbərlər

Orphus sistemi