Berndə Azərbaycan-İsveçrə Hökumətlərarası Birgə Komissiyanın iclası və biznes-forum keçiriləcək

Berndə Azərbaycan-İsveçrə Hökumətlərarası Birgə Komissiyanın iclası və biznes-forum keçiriləcək İyunun 27-də İqtisadiyyat naziri, Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İsveçrəyə səfər edəcək.
Biznes
25 İyun , 2019 18:46
Berndə Azərbaycan-İsveçrə Hökumətlərarası Birgə Komissiyanın iclası və biznes-forum keçiriləcək

İyunun 27-də İqtisadiyyat naziri, Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İsveçrəyə səfər edəcək.

Bu barədə “Report”a İqtisadiyyat Nazirliyindən məlumat verilib. Səfər iyunun 29-dək davam edəcək. 

Məlumata görə, səfər çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 8-ci iclası, İsveçrə rəsmiləri ilə görüşlər keçiriləcək, biznes-forum təşkil ediləcək, əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair müzakirələr aparılacaq.

Xatırladaq ki, komissiyanın 7-ci iclası 2016-cı ildə Bakıda keçirilib. 

Azərbaycanda 60-dan çox İsveçrə şirkəti fəaliyyət göstərir. İsveçrənin "Holcim" şirkətinin Azərbaycanın qeyri-neft sektorunda ən iri və uğurlu layihələrdən biri hesab olunur. Azərbaycan İsveçrənin "Stadler Rail Group" şirkəti ilə səmərəli əməkdaşlıq edir, Bakı-Sumqayıt istiqamətində bu şirkətin qatarlarından istifadə olunur. İsveçrənin "AXPO" şirkəti TAP layihəsində 5%-lik paya malikdir və "Şahdəniz" yatağının 2-ci mərhələsi üzrə qazın alıcısıdır. Bundan başqa, İsveçrənin "ABB Global Marketing FZ-LLC" və "Trub Trading International AG" şirkətləri ilə də uğurlu əməkdaşlıq həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi