Yuxarı

Şahin Mustafayev: “Gələn həftədən “Diqlas”dakı sahibkarlara pul ödəniləcək”

Gələn həftədən “Diqlas”dakı sahibkarlara pul ödəniləcək
© Report/ Firi Salim — İqtisadiyyat naziri Şahin Mustafayev

“Gələn həftədən “Diqlas” Ticarət Mərkəzindəki yanğından zərər çəkmiş sahibkarlara pul ödəniləcək”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

“Dövlət başçısının Ehtiyat Fondundan ilkin vəsait ayrılıb. Bu vəsait hesabına ödənişlərin həyata keçirilməsinə başlayacağıq”, -  nazir qeyd edib.

O, iş adamlarına dəymiş ziyanın necə müəyyənləşdiriləcəyi barədə də danışıb: “Vergi-gömrük orqanları vasitəsilə sahibkarlara dəymiş zərərin məbləği müəyyənləşdiriləcək”.

Bundan başqa, nazir əlavə edib ki, sahibkarlara illik 1%-lə güzəştli kreditlər verilə bilər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi