Sahil Babayev: "İqtisadiyyatda qeyri-neft sektorunun payı 70%-ə bərabərdir"

Sahil Babayev: "İqtisadiyyatda qeyri-neft sektorunun payı 70%-ə bərabərdir" Nazir müavini deyib ki, yaxın günlərdə ixracatçılar klubunun növbəti tədbiri keçiriləcək
Biznes
5 İyul , 2017 09:40
Sahil Babayev: İqtisadiyyatda qeyri-neft sektorunun payı 70%-ə bərabərdir
Report.az

Bakı. 5 iyul. REPORT.AZ/  "Azərbaycanda aparılan islahatlar biznes mühitinin daha da yaxşılaşdırılmasına, sahibkarlara daha yaxşı şərait üçün imkan yaradır". "Report" xəbər verir ki, bunu "Şərq tərəfdaşlığı: Ticarətə hazır ol" layihəsi çərçivəsində Bakıda keçirilən tədbirdə çıxış edən Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib.

S.Babayevin sözlərinə görə, bu gün Azərbaycan iqtisadiyyatının 80%-i özəl sektorun payına düşür: "Hazırda Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 70%-ə bərabərdir. İqtisadiyyatın diversifikasiyası üçün də kompleks işlər aparılır".

Nazir müavini deyib ki, yaxın günlərdə ixracatçılar klubunun növbəti tədbiri keçiriləcək, bu da ixracatçılara müsbət şəraitin yaradılmasına xidmət edir.

Son xəbərlər

Orphus sistemi