Yuxarı

Azərbaycan sahibkarları Prezident İlham Əliyevə müraciət ünvanlayıblar - YENİLƏNİB

Məmməd Musayev: Prezident İlham Əliyevin son göstərişləri sahibkarlığın inkişafına təkan verəcək

Bakı. 27 oktyabr. REPORT.AZ/  Bu gün Bakıda “Sahibkarlığın inkişafında yeni mərhələ: hədəflər və imkanlar” konfransında iştirak edən Azərbaycan sahibkarları Prezident İlham Əliyevə müraciət ünvanlayıb. "Report"un xəbərinə görə, müraciətdə deyilir: "Möhtərəm cənab Prezident! Sizin düşünülmüş və məqsədyönlü siyasətiniz sayəsində regionun lider dövlətinə, siyasi-iqtisadi və mədəni mərkəzinə çevrilmiş Azərbaycan Respublikası hərtərəfli inkişafını davam etdirir. Ümummilli Liderimiz Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyasının uğurla davam etdirilməsi, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində böyük uzaqgörənliklə qəbul etdiyiniz qərarlar, həyata keçirdiyiniz qabaqlayıcı tədbirlər dünya iqtisadiyyatındakı mürəkkəb proseslərin, geosiyasi risklərin Azərbaycan iqtisadiyyatına mənfi təsirini neytrallaşdırır, ölkəmiz bu neqativ meyillərə qarşı yüksək dayanıqlılıq nümayiş etdirir.Sizin rəhbərliyinizlə aparılan genişmiqyaslı işlərin nəticəsidir ki, son illərdə iqtisadiyyatın artımı qeyri-neft sektoru hesabına təmin edilir.

Qeyri-neft sektorunun inkişafında Sizin müəyyənləşdirdiyiniz kimi, aparıcı qüvvə məhz sahibkarlıqdır. Bu strateji xəttinizə uyğun olaraq, ölkəmizdə biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, qanunvericiliyin təkmilləşdirilməsi, inzibati prosedurların sadələşdirilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi üçün sistemli işlər görülür.
Biz sahibkarlar gündəlik fəaliyyətimizdə Sizin böyük diqqət və qayğınızı hiss edir, Sizə arxalanırıq. Son günlərdə imzaladığınız sənədlər, qəbul etdiyiniz qərarlar bunu bir daha təsdiq edir.
Sahibkarlıq fəaliyyətinə əsassız müdaxilələrin, sui-istifadə hallarının qarşısının alınması, şəffaflığın təmin edilməsi, gömrük və lisenziyalaşdırma sahələrində inzibati prosedurların sadələşdirilməsi məqsədi ilə özəl sektorun inkişafında köklü dəyişikliklərə aparan və təşəbbüsünüzlə Milli Məclisdə qəbul olunan Qanunu, imzaladığınız fərmanları sahibkarlığın inkişafı üçün atılan inqilabi addımlar kimi qiymətləndiririk.
Ölkə iqtisadiyyatının inkişafı üçün böyük əhəmiyyət kəsb edən tarixi qərarlarınız nəinki sahi6bkarlar, eləcə də bütün ölkə ictimaiyyəti tərəfindən böyük razılıqla qarşılanır, bizi daha fəal işləməyə həvəsləndirir.
Möhtərəm cənab Prezident!
Biz, “Sahibkarlığın inkişafında yeni mərhələ: hədəflər və imkanlar” konfransının iştirakçıları Sizi əmin edirik ki, sahibkarlara göstərdiyiniz böyük diqqət və qayğıya əməli işimizlə cavab verəcək, öhdəmizə düşən vəzifələri daha məsuliyyətlə yerinə yetirəcək, bütün qüvvə və bacarığımızı müəyyən etdiyiniz hədəflərin gerçəkləşməsinə, müstəqil Azərbaycanın tərəqqisinə, Vətənimizin daha qüdrətli dövlətə çevrilməsinə səfərbər edəcəyik".


*** 11:40

Bu gün Bakı Biznes Mərkəzində "Sahibkarlığın inkişafında yeni mərhələ: hədəflər və imkanlar" mövzusunda konfrans keçirilib. "Report"un məlumatına görə, tədbirdə iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının rəhbəri Məmməd Musayev və sahibkarlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan M.Musayev son illər Azərbaycanda sahibkarlığın inkişafı ilə bağlı görülən işlərdən danışıb. Onun sözlərinə görə, Prezident İlham Əliyevin son göstərişləri sahibkarlığın inkişafına təkan verəcək. Daha sonra Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə çıxış edib və sahibkarlığın inkişaf etdirilməsi istiqamətində yeridilən dövlət siyasəti haqqında ətraflı məlumat verib.

Toplantıda nazir müavini S.Məmmədov və sahibkarlar da çıxış ediblər. Nazir müavini deyib ki, ölkə başçısı bundan öncə də sahibkarlıqla bağlı bəzi göstərişlər verib və bu addımlar sahibkarlığın inkişafına real dəstək verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi