​Sahibkarlığa Komək Milli Fondu yeni investisiya layihələrinin qəbulunu elan edib

​Sahibkarlığa Komək Milli Fondu yeni investisiya layihələrinin qəbulunu elan edib Sahibkarlardan bır sıra istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib
Biznes
13 May , 2016 03:18
​Sahibkarlığa Komək Milli Fondu yeni investisiya layihələrinin qəbulunu elan edib

Bakı. 13 may. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Ağcabədi rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır. Bu barədə “Report”a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Iqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2016-cı il mayın 6-da Ağcabədi rayonunun Rəncbərlər kəndində işgüzar forum keçirib. Sahibkarlardan bır sıra istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib. Məqsədədə uyğun hesab edilən istiqamətlərdən birincisi iri fermer, intensiv bağçılıq, tərəvəzçilik və cins heyvandarlıq təsərrüfatlarının yaradılması, digəri isə ixtisaslaşdırılmış “yaşıl market”in, meyvə-tərəvəz emalı müəssisələrinin yaradılması istiqamətləridir.

Xatırladaq ki, sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi