Yuxarı

Saatlı sahibkarlarının layihələri maliyyələşdiriləcək

Sahibkarlığa Kömək Milli Fondu Saatlı rayonunda işgüzar forum keçirib

Bakı. 9 iyun. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Saatlı rayonunda işgüzar forum keçirib. 

Bu barədə “Report”a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Forum zamanı sahibkarlardan bir sıra istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Layihələrin qəbul edilməsi qərara alınan sahələr sırasında iri fermer, intensiv bağçılıq, cins heyvandarlıq və tərəvəzçilik təsərrüfatlarının yaradılması və ixtisaslaşdırılmış “yaşıl market”in, çörək istehsalı və süd emalı müəssisələrinin yaradılması sahələri dayanır.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi