SKMF Qusarda investisiya layihələrinin qəbuluna başlayıb

SKMF Qusarda investisiya layihələrinin qəbuluna başlayıb Təkliflər prioritet sahələr üzrə verilə bilər
Biznes
12 Sentyabr , 2017 10:58
SKMF Qusarda investisiya layihələrinin qəbuluna başlayıb

Bakı. 12 sentyabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Qusar rayonunun Aşağı İmamqulukənd kəndində işgüzar forum keçirib. Nazirliyin mətbuat xidmətindən "Report"a daxil olan məlumata görə, forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Qusar rayonu üzrə sahibkarlıq subyektlərindən intensiv bağçılıq, kartofçuluq, cins heyvandarlıq və arıçılıq təsərrüfatları, meyvə emalı, qablaşdırma materialı istehsalı müəssisəsi və otelin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-ə müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi