​SKMF Qaradağda investisiya layihələrinin qəbuluna başlayıb

​SKMF Qaradağda investisiya layihələrinin qəbuluna başlayıb Bu gündən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi üçün Fonda müraciət edə bilər
Biznes
7 Dekabr , 2015 09:49
​SKMF Qaradağda investisiya layihələrinin qəbuluna başlayıb

Bakı. 7 dekabr. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) bu gün Qaradağ rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb.

“Report” İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, Fond sahibkarlardan ət kəsimi, şirniyyat məhsulları, plastik qapı-pəncərə, süni üzlüklər, dam örtükləri, dəmir qapı, plastik qablar, polietilen paketlər, corab istehsalı müəssisələrinin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulunu məqsədəuyğun hesab edib.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-ə müraciət edə bilərlər.

Qeyd edək ki, SKMF noyabrın 26-da Qaradağ rayonunun Lökbatan qəsəbəsində işgüzar forum keçirib.

Son xəbərlər

Orphus sistemi