Sahibkarlığa Kömək Milli Fondu kotirovka sorğusu elan edib

Sahibkarlığa Kömək Milli Fondu kotirovka sorğusu elan edib Sorğu mal və materialların alınması, texniki avadanlıqlara xidmətlərin göstərilməsi məqsədilə keçirilir
Biznes
16 Noyabr , 2016 09:35
Sahibkarlığa Kömək Milli Fondu kotirovka sorğusu elan edib

Bakı. 16 noyabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) mal və materialların satın alınması, texniki avadanlıqlara xidmətlərin göstərilməsi məqsədilə kotirovka sorğusu elan edib.

"Report"un məlumatına görə, iddiaçılar satınalma prosedurunun predmetinə uyğun hazırlanan əsas şərtlər toplusunu SKMF-dən (Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi,172) əldə edə bilərlər.

Təkliflər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmaqla oktyabrın 21-i saat 15:00-a qədər qəbul olunur.

Son xəbərlər

Orphus sistemi