Azərbaycan sahibkarlarının xarici bazarlara çıxışındakı problemlər açıqlanıb

Azərbaycan sahibkarlarının xarici bazarlara çıxışındakı problemlər açıqlanıb “Azərbaycan sahibkarları məhsulların beynəlxalq standartlara uyğun sertifikatlaşması məsələsində geri qalırlar”.
Biznes
21 Noyabr , 2019 14:43
Azərbaycan sahibkarlarının xarici bazarlara çıxışındakı problemlər açıqlanıb

“Azərbaycan sahibkarları məhsulların beynəlxalq standartlara uyğun sertifikatlaşması məsələsində geri qalırlar”.

"Report" xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının Monteneqro, Serbiya, Bosniya və Hersoqovina üzrə nümayəndəsi Seyran Mirzəzadə bildirib.

“Bununla yanaşı, azərbaycanlı iş adamları xarici bazarlara çıxış üçün internetdən – onlayn satış xidmətlərindən səmərəli istifadə etmirlər və yaxud edə bilmirlər. Xarici bazarlarda məhsul satmaq istəyənlər hələ də dost-tanış üzərindən əlaqə yaradırlar. Bu, müəyyən qədər səmərə verə bilər, amma gözlənilən qədər səmərə verə bilməz. Daha bir problem iş adamlarımızın xarici bazarlarda reklam və marketinq işi aparmamasıdır”, - o deyib.

Son xəbərlər

Orphus sistemi