Azərbaycan Sahibkarlar Konfederasiyası Fransada nümayəndəlik açıb

Azərbaycan Sahibkarlar Konfederasiyası Fransada nümayəndəlik açıb Nümayəndəliyə rəhbər Sərxan Ələkbərov təyin edilib
Biznes
14 Aprel , 2016 16:21
Azərbaycan Sahibkarlar Konfederasiyası Fransada nümayəndəlik açıb

Bakı. 14 aprel. REPORT.AZ/ Bu ilin aprel ayında Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) Fransada nümayəndəliyi açılıb. Konfederasiyanı Fransada Sərxan Sabir oğlu Ələkbərov təmsil edəcək. Bu, ASK-dan "Report"a daxil olan məlumatda bildirilib. 

ASK-nın Fransadakı nümayəndəsinin əsas işi bu ölkədəki sahibkarlar üçün Azərbaycanda tərəfdaşların axtarıb tapılması, xarici ölkələrdə investisiya imkanlarının araşdırılması, ASK-nın icra etdiyi proqram və layihələrin yerinə yetirilməsində yaxından iştirak, sahibkarlığın inkişafı ilə əlaqədar müxtəlif təklif və hesabat proqramları hazırlamaqdan ibarət olacaq.

Bununla da ASK-nın xarici ölkələrdə nümayəndəliklərinin ümumi sayı 14-ə çatdırılıb.

Qeyd edək ki, S.S.Ələkbərov 1983-cü il noyabrın 27-də Bakı şəhərində anadan olub. O, 2000-2002-cü illərdə Qərb Universitetinin beynəlxalq əlaqələr fakültəsinə daxil olub. Universitetdə təhsil aldığı dövrdə YAP-ın Səbail rayonu üzrə gənclər təşkilatının sədr müavini seçilib. 2003-ci ildə Fransanın İSCİD Biznes Universitetinin iqtisadi əlaqələr fakültəsinə daxil olub, 2007-ci ildə oranı bitirib.

2005-2006-cü illərdə təhsil aldığı Çinin Makau Universitetində 10 fransız tələbədən biri kimi ixtisasını biznesin təşkili üzrə ingilis dilində davam etdirib. Təhsilini beynəlxalq ticarət üzrə magistr proqramı ilə sona çatdırıb. ISCID-də oxuduğu illərdə bank və sığorta şirkətində təcrübə keçib (AGF Conseil, BNP Paribas) 2008-2012-cü illərdə Parisdə “RPA Process Technologies” şirkətində alış üzrə baş mühəndis, 2012-2015-cü illərdə Fransanın “Alstom” şirkətində turbin biznes ehtiyyat hissələri üzrə baş alıcı vəzifələrində işləyib. 2015-ci ildən isə “SER expert consulting” şirkətinin təsisçisi və baş direktorudur.

Son xəbərlər

Orphus sistemi