Yuxarı
    Bağlamaq

    Şahdağ Turizm Mərkəzi mətbəx avadanlığının alınması üçün tender keçirir

    İddiaçılar tender təkliflərini aprelin 20-dək təqdim etməlidir

    Bakı. 16 mart. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyinin “Şahdağ Turizm Mərkəzi” QSC mətbəx avadanlığının satın alınması üçün açıq tender elan edib. “Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

    Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdır.

    Tenderdə iştirak etmək istəyənlər 250 manat məbləğində iştirak haqqı ödəməlidir.

    İddiaçılar tələb olunan sənədləri aprelin 13-ü saat 16:00-a, tender təklifi və bank təminatını isə aprelin 20-si saat 16:00-a qədər Bakı şəhəri, Ceyhun Hacıbəyli küçəsi, 2-ci döngə, 2B ünvanına təqdim etməlidir. 

    İddiaçıların təklifləri aprelin 21-i saat 16:00-da qeyd edilən ünvanda açılacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi