Sabah Londonda Azərbaycan - Britaniya Hökumətlərarası Komissiyasının iclası başlayır

Sabah Londonda Azərbaycan - Britaniya Hökumətlərarası Komissiyasının iclası başlayır İclasda iki ölkə arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti və əməkdaşlıq perspektivləri müzakirə ediləcək
Biznes
9 Fevral , 2016 10:10
Sabah Londonda Azərbaycan - Britaniya Hökumətlərarası Komissiyasının iclası başlayır

Bakı. 9 fevral. REPORT.AZ/ Fevralın 10-11-də Londonda Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın ilk iclası keçiriləcək.

“Report” İqtisadiyyat Nazirliyinə istinadən bildirir ki, iclasda Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti və əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə ediləcək.

Komissiyanın iclasında iştirak etmək məqsədilə iqtisadiyyat naziri, Azərbaycan-Böyük Britaniya iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti Londona səfər edəcək.

Qeyd edək ki, Hökumətlərarası Komissiyanın Böyük Britaniya tərəfindən həmsədri ticarət və investisiyalar üzrə dövlət naziri Fransis Moddur.

Son xəbərlər

Orphus sistemi