Sabah ​Bakıda İran sərgisi açılır

Sabah ​Bakıda İran sərgisi açılır Sərgi üç gün davam edəcək
Biznes
16 Noyabr , 2015 17:28
Sabah ​Bakıda İran sərgisi açılır

Bakı. 16 noyabr. REPORT.AZ/ Sabah Bakıda İran İslam Respublikasının ixtisaslaşmış sərgisi işə başlayır. "Baku Expo Center" beynəlxalq sərgi mərkəzində noyabrın 17-19-da təşkil olunacaq sərgidə neft, qaz, neft-kimya və s. sahələrdə fəaliyyət göstərən İranın 33 şirkəti iştirak edəcək. Bunların 13-ü Gilan, qalan 20-si isə İranın digər vilayətlərini təmsil edir.

Sabah keçiriləcək sərginin rəsmi açılış mərasimində Gilan vilayətinin valisi Məhəmmədəli Nəcəfi, İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin və Azərbaycanın bir sıra vəzifəli şəxslərinin iştirakı nəzərdə tutulub.

Azərbaycan və İranda fəaliyyət göstərən biznes dairələrinin nümayəndələri sərgidə iştiraka dəvətlidir.

Son xəbərlər

Orphus sistemi