Yuxarı

Sabah Bakıda əməyin təhlükəsizliyinə dair beynəlxalq sammit başlayır

İki gün davam edəcək tədbir əməyin mühafizəsi sahəsindəki məsələlərə həsr olunub

Bakı. 14 aprel. REPORT.AZ/ Aprelin 15-16-da Bakıda Sağlamlıq və Əməyin Təhlükəsizliyi Sammiti keçiriləcək. “Report” xəbər verir ki, sammit Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin dəstəyi, "Fleming Europe" və "Rovshan Oguz Group"un təşkilatçılığı ilə keçirilir.

Sammitdə təhlükəsizlik fəaliyyətini gücləndirmək üçün əsas liderlik strategiyaları, "Təhlükəsizliyin siması – SOCAR-ın hekayəsi", "Təhlükəsizlik və sağlamlıq sahəsində nəzarət nə dərəcədə güclüdür?" və s. mövzular müzakirə olunacaq.

Qeyd edək ki, "RyderMarshSharman"ın icraçı direktoru Endrü Şarman, əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümov, Milli Məclisin Sosial siyasət Komitəsinin sədri Hadı Rəcəbli, BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə regional prezidenti Qordon Birrell,  Qazaxıstanda  AES-in SƏTƏM üzrə direktoru Selcuk Poyraz da iştirakçılar arasındadırlar.

Xatırladaq ki, "Report" agentliyi sammitin rəsmi informasiya tərəfdaşıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi