Sabah Bakıda Azərbaycan-Rusiya Regionlararası forumu keçiriləcək

Sabah Bakıda Azərbaycan-Rusiya Regionlararası forumu keçiriləcək Forumda bir sıra sənədlərin imzalanması nəzərdə tutulur
Biznes
31 Oktyabr , 2016 13:09
Sabah Bakıda Azərbaycan-Rusiya Regionlararası forumu keçiriləcək

Bakı. 31 oktyabr. REPORT.AZ/ Noyabrın 1-də Bakıda VII Azərbaycan-Rusiya Regionlararası forumu keçiriləcək.

“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, forumda Azərbaycan və Rusiyanın dövlət rəsmiləri, parlament nümayəndələri, iqtisadiyyatın sənaye, turizm, kənd təsərrüfatı, tikinti, ticarət, konsaltinq, logistika, əczaçılıq, İKT, maliyyə və s. sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak edəcəklər.

Tədbir çərçivəsində forumun plenar iclası, sənaye, turizm, aqrar və humanitar sahələr üzrə dəyirmi masalar keçiriləcək, Azərbaycan-Rusiya biznes forumu təşkil ediləcək.
Forumda bir sıra sənədlərin imzalanması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi