Saatlıda sahibkarlara güzəştli kreditlər verilib

Saatlıda sahibkarlara güzəştli kreditlər verilib Bu kreditlər hesabına heyvandarlıq, pambıqçılıq və taxılçılıq sahələrində 50-yə yaxın yeni iş yeri yaradılacaq
Biznes
4 Avqust , 2017 14:07
Saatlıda sahibkarlara güzəştli kreditlər verilib

Bakı. 4 avqust. REPORT.AZ/ Bu gün İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Saatlı rayonunun Qıraqlı kəndində işgüzar forum keçirib. 

Bu barədə “Report”a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, forum çərçivəsində fond tərəfindən Saatlı rayonunun iqtisadi potensialına uyğun olaraq, əkinçilik, intensiv bağçılıq, istixana, cins heyvandarlıq təsərrüfatlarının, süd emalı və çörək istehsalı müəssisələrinin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar sahibkarlara təqdim olunub.

Tədbirdə SKMF-in icraçı direktorunun müavini Arif Vəliməmmədov fondun fəaliyyəti və bu ilin ötən dövrü ərzində verilmiş güzəştli kreditlər hesabına həyata keçirilən layihələr barədə məlumat verib. O bildirib ki, 2017-ci ilin ötən dövrü ərzində 924 sahibkarlıq subyektinin ümumi dəyəri 258 mln. manat olan investisiya layihəsinin maliyyələşdirilməsinə 67,4 mln. manat güzəştli kredit verilib.

Forum zamanı müvəkkil kredit təşkilatları vasitəsilə Saatlı və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyeklərinə 446 min manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən heyvandarlıq, pambıqçılıq, taxılçılıq sahələrinin inkişafına yönəldiləcək. Bu layihələrin reallaşdırılması 50-yə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla, ümumilikdə Saatlı rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 639 investisiya layihəsinin maliyyələşdirilməsinə 24,2 mln. manat güzəştli kredit verilib.

Tədbir çərçivəsində Saatlı rayonunda dövlətin güzəştli krediti ayrılan illik emal gücü 20 min ton olan pambıq emalı müəssisəsinə və pambıqçılıq təsərrüfatına baxış keçirilib.

Qeyd edək ki, SKMF pambıqçılığın inkişafı ilə bağlı bu il 144 sahibkara 7,2 mln. manat güzəştli kredit verib.

Son xəbərlər

Orphus sistemi