Yuxarı
    Bağlamaq

    Rusiyanın "Coffee House" brendi Azərbaycana gəlir

    Şəbəkənin yerli tərəfdaşı Coffee House Azerbaijan MMC-dir

    Bakı. 2 sentyabr. REPORT.AZ/ Azərbaycanda Rusiyanın "Coffee House" françayzinq şəbəkəsi açılacaq. "Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, şəbəkənin yerli tərəfdaşı "Coffee House Azerbaijan" MMC-dir.

    Şirkət yaxın 5 il ərzində 8 françayzinq obyekti açmağı planlaşdırır.

    "Coffee House" və "Şokolodnitsa"nın departament direktoru Maksim Trubnikovun sözlərinə görə, Azərbaycan bazarı elə də sadə deyil: "Burada istehlak mədəniyyəti tamamilə fərqlidir. 300-500 nəfərlik toylar, ad günləri keçirilir. Müxtəlif yemek məkanlarından, restoranlardan böyük həvəslə istifadə olunur. Yerli mətbəx, yerli kolorit nəzərə alınmalıdır. İctimai iaşəyə tamamilə başqa baxış var. Bu baxımdan, bazar daha konservativdir. Buna görə də, Azərbaycanda yalnız paytaxt maraq doğurur".

    Xatırladaq ki, "Coffee House" 1999-cu ildə Timur Xayrutdinov tərəfindən yaradılıb. 2014-cü ildə isə bu şirkəti onun əsas rəqibi olan Aleksandr Kolobova məxsus "Şokolodnitsa" şəbəkəsi alıb. A.Kolobov həmçinin ABŞ-ın tez hazır olan yeməklər şəbəkəsi - "Burger King"in Rusiyada master-françayzı ("Burger Rus" MMC, "VTB Kapital"la birgə yaradılıb) hesab olunur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi