Bakı. 20 avqust. REPORT.AZ/ Hazırda Rusiyada işsizlərin rəsmi sayı 684 760 nəfərdir ki, bu da ölkənin müstəqillik əldə etdiyi 1991-ci ildən bəri minimum həddir.
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin əmək və sosial müdafiə naziri Maksim Topilin deyib.
Onun sözlərinə görə, əmək bazarındakı vəziyyət ölkədə əmək resurslarının qıtlığından xəbər verir.