Yuxarı
    Bağlamaq

    ​Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsi son 5 ildə iki dəfədən çox artıb

    Ötən ilin qlobal obyektiv çətinliklərinə baxmayaraq, ikitərəfli müsbət ticarət dinamikası bütün MDB ölkələri arasında ən yüksək səviyyədə olub

    Bakı. 30 sentyabr. REPORT.AZ/ Son beş ildə Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsi iki dəfədən çox artıb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü Yekaterinburqda işinə başlayan Rusiya-Azərbaycan regionlararası forumundakı çıxışında Rusiya iqtisadi inkişaf nazirinin müavini Aleksandr Tsıbulski bildirib.

    "2014-ci ilin yekununa görə, Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsi tarixdə ən yüksək səviyyəyə çataraq 4 milyard ABŞ dollarını ötüb", - A.Tsıbulskı bildirib.

    Onun sözlərinə görə, ötən ilin qlobal obyektiv çətinliklərinə baxmayaraq, ikitərəfli müsbət ticarət dinamikası bütün MDB ölkələri arasında ən yüksək səviyyədə olub

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi