​Rusiya "Tax-free" sisteminin tətbiqinə hazırlaşır

​Rusiya "Tax-free" sisteminin tətbiqinə hazırlaşır Rusiyada yeni ildən "Tax-free" sisteminin tətbiqinə başlanılacaq
Biznes
2 Avqust , 2016 18:05
​Rusiya Tax-free sisteminin tətbiqinə hazırlaşır

Bakı. 2 avqust. REPORT.AZ/ Rusiyada gələn il yanvarın 1-dən etibarən "Tax-free" sisteminin tətbiqinə başlanılacaq. 

"Report"un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bununla bağlı ölkə hökuməti qərar qəbul edib.

Qərara əsasən, "Tax-free"nin tətbiqi iki mərhələdə həyata keçiriləcək. Əvvəlcə bu sistemə 5 iri mağaza qoşulacaq. 2017-ci il iyulun 1-dən isə sistem tam həcmdə istifadəyə veriləcək.

Pilot layihənin ilk olaraq Moskva, Sankt-Peterburq və Kazan şəhərlərində reallaşdırılması nəzərdə tutulub. Hazırda yeni sistemin operatoru olacaq qurumlar seçilir.

Pilot layihənin icrası başa çatdıqdan sonra "Tax-free" sisteminə qoşulmaq istəyən sahibkarlar Rusiya Sənaye və Ticarət Nazirliyindən sertifikat almalı olacaqlar.

Rusiyada "Tax-free" sistemindən istifadə etmək istəyənlər minimun 10 min rubl dəyərində qeyri-ərzaq malı almalı olacaqlar. Xarici vətəndaşlara bütün alış-veriş məbləğinin 18%-lik ƏDV hissəsi qaytarılacaq.

Son xəbərlər

Orphus sistemi