Rusiya Çinlə elektron ticarəti inkişaf etdirmək istəyir

Rusiya Çinlə elektron ticarəti inkişaf etdirmək istəyir Bununla bağlı iki ölkə arasında müzakirələr aparılır
Biznes
2 Avqust , 2017 16:40
Rusiya Çinlə elektron ticarəti inkişaf etdirmək istəyir

Bakı. 2 avqust. REPORT.AZ/ Rusiya hökuməti yerli istehsalçıların elektron ticarət yolu ilə Çin bazarına çıxması üçün bu ölkə ilə danışıqlar aparır.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin məlumat verib.

Onun sözlərinə görə, Çin bazarı həcminə görə dünyada aparıcı mövqedədir və 1,3 mlrd. insanı əhatə edib. Bununla belə, Rusiya rəsmisi qarşı tərəflə aparılan danışıqlarını detallarının açıqlanması üçün hələ tez olduğunu deyib.

Xatırladaq ki, bir qədər əvvəl nazir Rusiya və Çin arasında ticarət dövriyyəsinin həcminin bu il 80 mlrd. dollara çatacağını bildirmişdi. 

Son xəbərlər

Orphus sistemi