Yuxarı
    Bağlamaq

    ​Rusiya Azərbaycanla ət məhsulları ixracına dair danışıqlar aparıb

    Azərbaycan mütəxəssisləri Rusiyanın müvafiq müəssisələrində yoxlama aparıb

    Bakı. 19 sentyabr. REPORT.AZ/ Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidməti (BFNFX) Avropa İttifaqı və 40-dan çox başqa ölkənin səlahiyyətli orqanları ilə ət məhsulları ixracına dair danışıqlar aparır.

    "Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə BFNFX-nin rəhbəri Sergey Dankvert bu sahədə çalışan nümayəndələrlə görüşündə bildirib.

    Məlumata görə, bu il Rusiya məhsullarının satışı ilə bağlı Azərbaycan, Braziliya, Vyetnam, Honkonq, İran, Çin, Seneqal, Mərakeş, Serbiya, Hindistan, Qətər, Şimali Koreya, Cənubi Koreya, Livan, Türkiyə, Tailand, Filippin və CAR-ın dövlət orqanları ilə danışıqlar aparılıb.

    Hazırda BFNFX Rusiya heyvandarlıq məhsullarının ixracı üçün 61 baytarlıq sertifikatı razılaşdırıb və daha 53 sertifikat razılaşdırılmaq üçün hazırlanır.

    Məlumatda, həmçinin qeyd olunur ki, Azərbaycan, Vyetnam, Çin, Cənubi Koreya, BƏƏ, Misir və İordaniyadan olan mütəxəssislər bu il Rusiyanın heyvandarlıq müəssisələrində yoxlamalar aparıblar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi