Rusiya Azərbaycana “Isuzu” markalı yük avtomobilləri ixrac edəcək

Rusiya Azərbaycana “Isuzu” markalı yük avtomobilləri ixrac edəcək Zavodun ümumi ixracının 5%-ə çatdırılması planlaşdırılır
Biznes
22 May , 2017 09:43
Rusiya Azərbaycana “Isuzu” markalı yük avtomobilləri ixrac edəcək

Bakı. 22 may. REPORT.AZ/ Yaponiyanın avtomobil istehsalçısı olan “Isuzu” şirkəti 5 il bundan əvvəl Rusiyanın Ulyanovsk bölgəsində açdığı zavodunda 40 ton yükgötürmə qabiliyyətinə malik “Isuzu E-Series” markalı yük maşınlarının istehsalına başlayıb.

Bu barədə “Report” Rusiya mətbuatına istinadən xəbər verir.

Məlumata görə, indiyə qədər bu müəssisədə “Isuzu”nun 5-18 ton yükgötürmə qabiliyyəti olan yüngül və orta tonnajlı modelləri yığılıb. Ötən il bu modellərin istehsal həcmi 2 700 ədəd olub. Bu il isə Ulyanovskda 60% çox - 4 300 ədəd yük maşınının yığılması planlaşdırılır. Zavodun hədəfi isə illik istehsal həcmini 10 min ədədə çatdırmaqdır.

Qeyd olunur ki, hazırda Rusiyada yalnız avtomobillərin ən sadə detalları (30%) hazırlanır, mühərrik və sürət qutuları isə xaricdən tədarük olunur.

Hazırda Ulyanovskda istehsal olunan yük avtomobilləri Rusiya ilə yanaşı Belarus və Qazaxıstanda da satılır. Bu ildən isə “Isuzu” markasının Azərbaycan bazarına çıxarılması, zavodun ixracının 5%-ə çatdırılması planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi