Yuxarı
    Bağlamaq

    Rumıniyada beynəlxalq sərgi və yarmarka keçiriləcək

    Azərbaycan sahibkarları da bu tədbirlərdə iştiraka dəvət olunur

    Bakı. 29 sentyabr. REPORT.AZ/ Oktyabr ayının 14-17-də Buxarest şəhərində (Rumıniya) "Neft və təbii qaz sənayesi üçün bərpa olunan enerji, şərti enerji, avadanlıqlar və texnologiyalara dair beynəlxalq ticarət sərgisi (ExpoEnergiE-2015) keçiriləcək.

    “Report” xəbər verir ki, bununla yanaşı, oktyabrın 28-dən noyabrın 1-dək Rumıniya paytaxtında Kənd təsərrüfatı, bağçılıq, üzümçülük və heyvandarlıq avadanlıqları və məhsullarının beynəlxalq ticarət yarmarkası (Indagra) təşkil olunacaq.

    Sərgilər Rumıniya Ticarət və Sənaye Palatası və Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Biznes Şurasının təşkilatçılığı ilə keçirilir. Azərbaycan Sahibkarlar Konfederasiyası azərbaycanlı sahibkarları da bu tədbirlərdə iştiraka dəvət edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi