​Rüfət Aslanlı: “Banklarda lazım olandan 4 dəfə artıq likvidlik var”

​Rüfət Aslanlı: “Banklarda lazım olandan 4 dəfə artıq likvidlik var” Əgər banklar kredit vermirsə, öz mənfəətindən imtina etmiş olur
Biznes
3 İyul , 2016 22:41
​Rüfət Aslanlı: “Banklarda lazım olandan 4 dəfə artıq likvidlik var”

Bakı. 3 iyul. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı Azərbaycanın bank sektorunda kreditləşmənin hələ də zəif olmasına münasibət bildirib. “Report” xəbər verir ki, o, bu barədə ANS TV-yə müsahibəsində danışıb.

Palata rəhbərinin sözlərinə görə, banklar tərəfindən kreditlərin ötən illərdə olduğu kimi aktiv şəkildə verilməməsi likvidlik problemi ilə bağlı deyil: “Bu gün Azərbaycan banklarının müxbir hesablarında tələb olunandan 4 dəfə artıq vəsait, likvidlik var. Əgər banklar kredit vermirsə, öz mənfəətindən imtina etmiş olur. Heç bir biznes bunu etməz. Sadəcə bank təhlilçiləri kredit müraciətlərinə baxarkən ödəmə qabiliyyətli müştərilərə, dayanıqlı, mənfəətli ola biləcək layihələrə müsbət cavab verməlidir”. 

Son xəbərlər

Orphus sistemi